​Tramp Ruhani ilə görüşməyə hazırdır

Baxış sayı:
448

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyası zamanı İran lideri Həsən Ruhani ilə görüşməyə hazırdır.
Muxalifet.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin baş katibi Maykl Pompeo bəyan edib.
“Prezident açıq şəkildə bildirdi ki, əgər İranla danışıqlar konstruktiv olsa, o bu danışıqları aparmağa hazırdır”, -  deyə Pompeo jurnalistin sualını cavablandırarkən bildirib.