Tramp rəqibini açıqladı, Kerri cavab verdi

Baxış sayı:
3604

ABŞ prezidenti Donald Tramp, Obama dövründə dövlət katibi olan Con Kerrinin 2020-də keçiriləcək seçkilərdə Demokrat Partiyasının prezidentliyə namizədi olacağını iddia edərək, Twitter hesabından açıqlama verib.
 
Tramp, twitter hesabından verdiyi açıqlamada, "Görürəm ki, indiki İran müqaviləsinin atası olan Con Kerri, prezident olmağı düşünür" açıqlamasını verib. Con Kerri isə məsələ ilə bağlı verdiyi açıqlamada, 2020-də keçiriləcək seçkilərdə prezidentliyi düşünmədiyini söyləyərək "Etməli olduğumuz şey 2018 seçkilərinə köklənmək olmalıdır" deyib.
Müxalifət.az