“Tramp rəhbərliyi Yəməndəki Səudiyyə qırğınlarının günah ortağıdır” – “Washington Post”

Baxış sayı:
7810

 “Vaşinqton Post” qəzeti Səudiyyə Ərəbistanının Yəməndə səbəb olduğu ölümlərdə Tramp rəhbərliyinin də payının olduğunu müdafiə edən bir baş məqalə dərc edib.
 
Baş məqalədə, Yəməndəki döyüşdə çox sayda mülki vətəndaşın ölümünə səbəb olan Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya dəstək verən ABŞ rəhbərliyinin, "cinayət ortağı" olduğu bildirilib.
Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiyanın 26 martdan bu yana Kitafta bir xəstəxana və bir Sənət məktəbini bombaladığı və bu hücumlarda 12-si uşaq olmaqla, 21 mülki vətəndaşın həyatını itirdiyi xatırladılan yazıda, BMT araşdırmasında saysız-hesabsız müharibə cinayətinin təsbit edildiyi vurğulanıb.
 “Prezident Donald Tramp ABŞ-ın Yəməndəki müharibəyə daxil olmasını nizamlayacaq qanun layihəsini veto edərək bu qeydiyyatı yox saydı. Prezident sözügedən layihənin öz konstitusion nüfuzunu zəiflətdiyini və Yəməndə Səudiyyə koalisiyasını müşayiət edən heç bir Amerika əsgərinin olmadığı səbəbilə layihənin lazımsız olduğunu müdafiə etdi" ifadəsinə yer verilən baş məqalədə, ABŞ-ın Səudiyyə Ərəbistanına etdiyi lojistik dəstəyin və kəşfiyyat məlumatlarının Tramp tərəfindən "bölgədəki düşmənçiliklərə maraqsız" sayıldığı qeyd edilib.
 
Kongres başqa bir yol tapmalıdır
 
Baş məqalədə, "Gerçəkdə Səudiyyə bombalamaları ABŞ-ın dəstəyi, bomba satışı və digər materialların təmini olmadan davamlı olmazdı. Bu, Tramp rəhbərliyini ən son məktəb və xəstəxana bombardmanında olduğu kimi, Yəməndə davam edən qətliamlarda cinayət ortağı edər. Həmçinin Konqres xarici siyasətdəki hədsiz saymazyana davranışı, içəridəki presedentsiz təzyiqi ilə üst-üstə düşən vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən idarə olunan Səudiyyə rejimi ilə münasibətlərində ABŞ-ın bir siyasət dəyişikliyinə getməsi üçün başqa bir yol tapmalıdır" dəyərləndirməsi edilib.
Qəzetin baş məqaləsində, ABŞ Senatında qəbul edilən layihənin təklif etdiyi "Yəməndəki bombardmanlar dayanana qədər Ər-Riyada silah alverinin dayanması" və "Camal Qaşıqçı cinayətinin günahkarlarının hesab verməsi" başlıqlarının əhəmiyyətinə vurğu edilib.
 
Daha çox qırğına səbəb olacaq
 
 Senatın Xarici Əlaqələr Komitəsinin sədri, Respublikaçı Ceyms Risçin yeni bir layihə üzərində çalışdığı və bu layihədə vəliəhd şahzadə bin Salmanın Qaşıqçı cinayəti səbəbkarları arasında göstərilmədiyinə diqqət çəkən baş məqalədə, “Amerikanın kəşfiyyat icması vəliəhd şahzadənin Qaşıqçı cinayətindən məsul olduğu nəticəsinə gəldikdən sonra ona sərbəst keçid imkanı vermək, daha çox qırğına dəvətnamə verməkdir" deyə qeyd edilib.
Qeyd edək ki, ABŞ Konqresinin hər iki qanadında da qəbul edilərək prezidentin önünə gələn və ABŞ-ın Yəməndə davam edən döyüşdə Səudiyyə Ərəbistanına verdiyi dəstəyi kəsilməsini nəzərdə tutan qanun layihəsinə 16 apreldə Trump tərəfindən veto qoyulmuşdu.
Müxalifət.az