Tramp, Ərdoğanla bağlı sualdan qaçdı

Baxış sayı:
469

ABŞ prezidenti Donald Tramp, seçki nəticələri ilə bağlı etdiyi qısa çıxışdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
 Tramp, Livanlı bir jurnalistin "Türkiyə prezidenti Ərdoğan, ABŞ-ın İrana sanksiya qərarını doğru saymadığını söyləyib. Bununla bağlı nə düşünürsünüz" sualına Tramp, birbaşa cavab verməkdən qaçaraq İrana niyə sanksiya tətbiq olunduğunu və nə üçün bəzi ölkələrə sərbəstlik verdiyini söyləməklə kifayətlənib.
Tramp, sualı cavablandırarkən prezident Ərdoğanın açıqlaması ilə bağlı hər hansı bir fikir söyləməyib: "İrana, tariximizdəki ən ağır sanksiyaları tətbiq etdik. Bəzi ölkələrə neft idxalı məsələsində sərbəstlik vermişik. Çünki dünyadakı neft qiymətlərinin 100-120 dollara çıxmasını istəmirəm".
Müxalifət.az