Tramp Ərdoğanı qorxuda bilməz

Baxış sayı:
306

Muxalifet.az  russian.rt.com-a  istinadla  xəbər verir ki, Rusiya  İnformasiya siyasəti üzrə Federasiya Şurasının  komissiya sədri Puşkov,” ABŞ-ın lazım gələrsə Türkiyəyə qarşı güc tətbiq etməyə hazır olduğunu” şərh edib.
"Görünməmiş işdir: Pompeonun sözlərinə görə, lazım gələrsə, Trump Türkiyəyə qarşı hərbi əməliyyatlara hazırdır. Hələ belə olmamışdı ki, ABŞ  öz NATO müttəfiqini zərbə endirməklə hədələsin. Ritorikaya oxşayır. Bu gün mən   Ərdoğanın İstanbulda çıxışını, Türkiyənin xarici işlər  və müdafiə nazirlərini dinlədim. Çətin ki, onları qorxutmaq mümkün olsun ”deyə Puşkov Tvitterdə yazıb.
ABŞ dövlət katibi Mayk Pompeo əvvəllər dediyi kimi, yenə də bəyan edib ki, Vaşinqton " sülhü müharibədən üstün tutur”,lakin hərbi fəaliyyətə ehtiyac duyulsa, prezident Donald Trump "bu cür addımlar atmağa tam hazırdır".
Ancaq o, Birləşmiş Ştatların bu hərəkətlərinin nə kimi hərbi cavab ilə nəticələnə biləcəyini izah etməyib.