Tramp ərəb şahzadələrin həbsini haqlı sayır – SƏUDİYYƏYƏ DƏSTƏK

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı hakimiyyətinə ölkədə korrupsiyayla mübarizəyə görə dəstəyini ifadə edib.
Ağ Ev rəhbəri bununla bağlı "Twitter"də yazıb.
"Mən tamamilə əminəm ki, kral Salman və Səudiyyə Ərəbistanının varis şahzadəsi nə etdiklərini dəqiq bilirlər. Onlar kimlərlə ki, sərt rəftar ediblər, həmin şəxslərdən bəziləri öz ölkələrini illərlə "sağırdılar" – deyə Tramp "Twitter"də yazıb.
Bazar günü Səudiyyə Ərəbistanının korrupsiyayla mübarizə üzrə Ali Komitəsi təxminən 40 nüfuzlu şəxsin saxlanılması barədə göstəriş verib. Onlar arasında kral ailəsinin üzvləri, sabiq nazirlər, hərbçilər və sahibkarlar da var(report).