Tramp qəzəblənəcək: İRAN SANKSİYASI BAŞALAMADAN DƏLİNDİ - ARAŞDIRMA

Baxış sayı:
12046

İran embarqosunun mümkün təsirlərini və alternativ ticarət kanallarının inkişafına yönəlik yenisafak.com-a açıqlama verən Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyener, embarqo təhdidinin ictimailəşdirilməsindən bu yana, rəsmi ixracat rəqəmlərini təhlil etdikdə ortaya çıxan fərqli bir nəticə bölüşüb.
 
Qeyri-rəsmi ticarət intensivləşdi
 
Beynəlxalq Enerji Agentliyinin (EIA) yaymış olduğu rəsmi rəqəmlərə görə, 2018-ci ildə gündəlik 2,7 milyon barrel səviyyələrinə çatan İranın neft ixracının sentyabrda ümumi etibarı ilə 1,9 milyon barrel səviyyəsinə qədər düşdüyünü, ancaq digər tərəfdən, İranın qeyri-rəsmi neft və neft məhsulları ixracatında böyük bir artım yaşandığı istiqamətində bir çox xəbərlər mövcuddur:
“Yəni, bir tərəfdən rəsmi neft ixrac həcmi azalar, digər tərəfdən kölgə ticarət həcmi böyüyür. Bu da göstərir ki, daha əvvəlki embarqo dövründə kölgə ticarət sahəsində ustalaşan və əhəmiyyətli təcrübələr qazanan İran və İran ilə əməkdaşlıq edən sahibkarlar, çoxdan alternativ yollara yönəlməyə başlayıblar".
 
ABŞ da embarqonun təsirli olmayacağının fərqindədir
 
Bunlarla yanaşı, ABŞ ilə apardıqları diplomatik təşəbbüslər, ya da ABŞ-ın hədələrinə qulaq asmamaları nəticəsində, bəzi ölkələrin müəyyən bir müddət üçün, neft idxalı barədə sərbəstlik əldə etmələrinin də diqqətlə araşdırılması lazım olduğunu söyləyən TESPAM sədri, "Çünki, əvvəla, Çin, Hindistan, Yaponiya və Türkiyənin, ikinci mərhələdə isə Cənubi Koreya, İtaliya, BƏƏ, Yunanıstan və Tayvanın da adları müddətli azad ölkələr siyahısında keçir. Qaldı ki, İrandan ciddi mənada neft ixrac edən ölkələrin demək olar ki, hamısı bu siyahıdadır. Demək ki, ABŞ da embarqo prosesinin çox da təsirli olmayacağının fərqindədir” deyib.
 
Yerli pul və ya qızıl variantı gündəmdədir
 
“Sərbəstliklər dayandırılsa və embarqo ən ağır şərtlərdə həyata keçirilsə, maraqlı ölkələr nələrlə rastlaşacaq və hansı həll yollarına baş vuracaq” sualına da cavab verən Akyener, embarqoları nəzərə almayacaqlarını onsuz da çoxdan elan edən Çin, Hindistan və Türkiyənin daha əvvəl də olduğu kimi, bəzi alternativ pul transferi və ticarət üsulları ilə İran ilə mübadilələrini asanlıqla davam etdirəcəklərini vurğulayıb.
Bu çərçivədə də uzun müddətli ən doğru yolun Türkiyənin təklif etdiyi yerli pul vahidləri, ya da qızıl indeksli bir kommersiya prosesi ilə davam etdirmək olduğunu qeyd edən Akyener, "Bunun sayəsində ABŞ-ın pul vahidinin qlobal iqtisadi risk faktoru olmasının da önünə keçilə bilər. Yəni, uzaq perspektivdə, bu mövqeyi ABŞ xaricindəki bütün digər beynəlxalq aktyorlar dəstəkləyə bilər” deyə söyləyib.
 
Embarqo terror təşkilatlarını də gücləndirəcək
 
Embarqo səbəbi ilə, neft bazarlarının daha çox bilinməyənlərlə dolu bir tənliyə çevriləcəyini, qlobal mənada qeyri-rəsmi neft ticarət həcminin artması isə, bu proseslərdə daha da çox möhkəmlənmək imkanı əldə edən terror təşkilatlarının özlərinə müxtəlif sahələrdə zəmin tapması kimi riskləri də yanında gətirəcəyinə diqqət çəkən Akyener, "Yəni ABŞ-ın ortaya qoyduğu budur. Ədalətsiz embarqo həmləsi, dünya sülhünə da uzun dövrdə mənfi təsir göstərəcəkdir” deyib.
 
ABŞ-lı pul baronları İranı dəstəkləyəcək
 
Nəticə olaraq, ABŞ (fikrində olduğu Orta Şərq siyasətləri çərçivəsində) bu həmlələri ilə İran rəhbərliyini diz çökdürə bilməyəcəyini dilə gətirən Akyener, sözlərini belə davam etdirib:
“Çünkü, İrandakı mövcud rejim, hər nə qədər ölkədəki narahatlıq artsa da, qeyri-rəsmi satışlarla daha çox güclənəcək və daxili işlərində daha kəskin hücumlara cəhd edəcək. Qaldı ki, ABŞ-da nəzarəti əsasən əlinə alan Pentaqona qarşı gərgin bir mübarizə içində olan bir qisim qlobal pul baronları da bu məqamda İranı dəstəkləyəcəklər. Çin, Rusiya, Türkiyə kimi ölkələrin də həmlələri yenə də ABŞ-ın bölgədəki planlarını iflasa uğradır. Embarqo məsələsində onsuz da xeyli təcrübə qazanmış olan İran rəhbərliyi bu prosesi keçəcək kimi görünür".
Müxalifət.az