Tramp qızına prezidentlik təklif edib!

Baxış sayı:
26899

 ABŞ prezidenti Donald Trampın Ağ Evdıki müşaviri olan qızı Ivanka Tramp atasının ona Dünya Bankının prezidenti olmaq istəyib istəməyəcəyini soruşduğunu, lakin bu təklifə isti baxmadığını söyləyib.
 
İIvanka Tramp Qadınların Qlobal İnkişafı və Rifahı Təşəbbüsü çərçivəsində təşkil etdiyi Afrika səfəri zamanı “Associated Press” agentliyinin müxbiri ilə etdiyi söhbətdə, atasının ona Dünya Bankının prezidenti vəzifəsini təklif etdiyini deyib.
İvanka Tramp atasına bu işlə məşğul olmadığını, Ağ Evdəki vəzifəsindən məmnun olduğunu bildirərək ABŞ Xəzinə Nazirliyi Beynəlxalq İşlər üzrə müşaviri Devid Malpassın Dünya Bankı prezidentliyinə namizəd göstərilməsi prosesində rol aldığını qeyd edib.
İvanka Tramp atasının ona başqa işlər təklif edib etmədiyi sualına da, "bunun aralarında qalacağı" cavabını verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ Xəzinə Nazirliyi Beynəlxalq İşlər üzrə müşaviri Devid Malpassı Dünya Bankının prezidentliyinə namizəd göstərmişdi.
Amerikan mediasında yer alan xəbərlərdə, Malpassın Trampa ABŞ xəzinə naziri Stiven Mnuçin və qızı ivanka Tramp tərəfindən təklif edildiyi iddia edilirdi.
Müxalifət.az