​Tramp Qaşıqçı ilə bağlı tələbi görməzdən gəldi

Baxış sayı:
5890

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayətində birbaşa əlinin olub-olmadığını Maqnitski Aktı çərçivəsində 120 gün ərzində aşkara çıxarılmasını istəyən senatın tələbinə cavab verməyib.
Muxalifet.az xəbər verir ki, senatın Tramp rəhbərliyinə sözügedən cinayətin araşdırılması üçün verdiyi 120 günlük müddət dünən 00:00-da başa çatsa da, Ağ Evdən hər hansı bir cavab gəlməyib.
Qeyd edək ki, ABŞ senatının Xarici Əlaqələr Komitəsi oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülən C.Qaşıqçı cinayətinin Səudiyyə şahzadəsi ilə əlaqəsinin olub-olmamasının araşdırılması üçün ötən ilin 10 oktyabrında Trampa müraciət etmişdi.