“Tramp Qaşıqçı cinayətini ört-basdır etdi” – “Vaşinqton Post”

Baxış sayı:
7621

“Vaşinqton Post”-da "Camal Qaşıqçı cinayətinin üzərindən 6 ay keçdi, Tramp heç bir şey etmədi" başlıqlı bir məqalə dərc olunub.
 
 Səudiyyə jurnalisti Qaşıqçı-nın evlilik əməliyyatları üçün lazımi sənədləri almağa getdiyi İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda "əvvəlcədən planlaşdırılmış" bir cinayətə qurban getdiyinə işarə edilən məqalədə, "Vaşinqton Post yazarı Camal Qaşıqçı bu tüklər ürpətici taleyi haqq etmədi. İndi bu dəhşətli hadisənin üstündən yarım il keçib və artıq bu məsələdə bir addım atılması lazımdır" deyə qeyd edilib.
Qaşıqçı-nın cəsədinin hələ də tapılmadığına işarə edilən xəbərdə, Səudiyyə Ərəbistanı hökumətinin ilk gündən etibarən cinayətlə bağlı ziddiyyətli ifadələr verdiyinə və bəzi Qərb ölkələrinin Səudiyyə Ərəbistanından uzaqlaşdığına işarə edilib.
 
"TRAMP, MKİ-nin DƏLİLLƏRİNİ BİR KƏNARA İTƏLƏDİ”
 
 Amerikan kəşfiyyatı və Konqresinin icraatları ilə Qaşıqçı cinayəti məsələsində üzərinə düşən məsuliyyəti yerinə yetirdiyinin ifadə edildiyi məqalədə, bu fikirlər qeyd olunub:
“Ancaq Tramp rəhbərliyi daha fərqli bir hekayə yazır. Ağ Ev rəsmiləri tənqidi ifadələr işlətdi və yüngül cəzalar verdi, ancaq Səudiyyə Ərəbistanına mənalı cəzalar vermək məsələsində bir şey etmədi. Tramp rəhbərliyi vəliəhd şahzadə ilə əlaqələrini davam etdirmək naminə MKİ-nin cinayətə dair dəlillərinin qarşısını kəsdi, bunları gizlətdi və bir kənara itələdi".
Prezident Trampın Qaşıqçının qətlinə lazımi cavab verməyərək sadəcə qanunları pozmadığı, eyni zamanda ABŞ-ın etibarlılığı və əxlaqı nüfuzuna də zərər verdiyinin vurğulandığı məqalədə, Trampın təpki göstərmədiyinə ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını əsas göstərdiyi xatırladılıb.
 Camal Qaşıqçı cinayətində ədalətin bərqərar olmadığı hər gün nəticələrin daha “qorxuli" hala gəldiyinə işarə edilən məqalədə, "Trampın Səudiyyənin hesab verməkdən qaçmasına icazə verdiyi hər gün dünyada daha çox tiranın saymazyana insanları öldürə biləcəyinə inanmağa başlayır. Hər gün əvvəlki nəsil Amerikalıların yaratdığı etibar yerlə bir edilir" deyə qeyd olunub.
 ABŞ Konqresinin Qaşıqçı cinayətindən məsul şəxslərin hesab verilməsi üçün əlindən gələni etməsi lazım olduğuna işarə edilən məqalədə, "Tramp ən azından qanuna tabe olmalı və Magnitsky Qanununun tələb etdiyi nəticələri ortaya qoymalıdır. Bu iyrənc günah üçün cəza verilmədən bir altı ay daha keçməməlidir. Məsum bir jurnalist və Amerikanın ən əhəmiyyətli maraqları bundan da azını haqq etmir" çağırışı edilib.
Müxalifət.az