“Tramp Qarabağ üçün bunu edəcək” - Metyu Brayza

Baxış sayı: 67

 “İstisna deyil ki, ABŞ prezidenti Donald Tramp Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında siyasi iradə nümayiş etdirəcək”.
 
 “Vetnik kavkaza” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza Bakıda “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Brayza qeyd edib ki, Trampın xarici siyasət təcrübəsi yoxdur: “Hətta o, seçkidə qələbə qazanmağına da təəccübləndi. Onun xarici siyasət planı da yoxdur və bu hamı üçün pisdir”.
Keçmiş diplomat qeyd edib ki, 20 il ərzində Qarabağ münaqişəsinin həlli yolları tapılmayıb: “Lakin istisna deyil ki, Tramp münaqişənin həlli üçün siyasi iradə göstərəcək”.