​Tramp qalmaqallı prezidentlə görüşdü

ASEAN sammitindən dolayı Filippində səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin dövlət başçısı Rodriqe Duterte ilə görüş keçirib.
Muxalifet.az xəbər verir ki, sammitin keçirildiyi binada həmkarını qarşılayan Duterte onunla əl sıxışıb. Qısa və səmimi söhbətdən sonra xatirə fotosu çəkilib.
Qeyd edək ki, Duterte ABŞ-ın eks prezidenti Barak Obamanı təhqir edərək gündəmə gəlmişdi. Onun Obamanı söyməsindən sonra Filippin-ABŞ arasında müəyyən gərginlik yaranmışdı.
Filippin lideri R.Duterte ölkəsində öz siyasi dəsti-xətti ilə seçilir.