Tramp qalmaqal Golan Təpələri qərarını necə verdiyini anlatdı: ABSURD

Baxış sayı:
2776

ABŞ prezidenti Donald TrAmp Golan Təpələri ilə bağlı verdiyi qalmaqal qərarın arxasında dayanan hadısəni anladıb.
 
Suriyaya məxsus Golan Təpələrini İsrailin ərazisi kimi tanıyan ABŞ prezidenti Donald Tramp, bu hadisənin necə ərsə gəldiyini iştirak etdiyi proqramda açıqlayıb.
Qərarı qəbul edərkən İsrailin baş naziri Netanyahu ilə birlikdə olduğunu bildirən Tramp, "İsrail səfiri David Friedman ilə söhbət etdik, amma məsələ Golan Təpələri deyildi. Bilirsiniz ki, 52 ildir bunu təsdiqlətmək istəyirlər. ABŞ-ın İsrailin Golan Təpələri üzərində suveren haqqını tanımasını istəyirlər. Bunun üçün 10 ildə 32 dəfə zirvə görüşü keçirilib. Sizin səfirlə söhbət edirdik, Jared Kunner və Jason Greenblatt da orada idi. Onlara dönüb mənə bu məsələnin mahiyyətini anlatmalarını istədim. Onlar izah edəndən sonra “mən indi bu ərazini tanısam bəyənirmisiniz” dedim. Çünki İsrailin bu istəyinə haqq verirəm. O yüksəkliyə ehtiyacınızın olduğunu bilirəm. Səfirə dönərək, “nə deyirsən David” deyə sordum. O da həqiqətən bunu edərsinizmi” deyə sual ilə cavab verdi. Əlbəttə edərəm, hətta indi edirəm artıq. Haydı bir şeylər yazın və bu iş bitsin" deyə söyləyib. Və bununla da nə qədər qeyri ciddi, beynəlxalq hüququ heçə sayan və bir dövlət adamı olmadığını ortaya qoyub.
Müxalifət.az