​Tramp Pxenyanı küncə sıxışdırır: Sabah elan olunur...

Şimali Koreyanın terrora dəstək verən ölkələr siyahısına əlavə edilməsi əlavə sanksiyalar tətbiq edilməsini mümkün edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
Əlavə sanksiylar tətbiqinin qatil rejimin təcrid prosesinin davamı olduğunu bildirən Tramp yeni sanksiyaların Maliyyə Nazirliyi tərəfindən artıq sabah elan ediləcəyini qeyd edib. Prezident həmçinin yeni qadağaların sanksiyaların ən yüksək həddi olduğunu açıqlayıb.
Qeyd edək ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq nüvə-raket sınaqlarını davam etdirir.