Tramp: “Putinlə görüş mükəmməl keçdi”

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində görüşünün mükəmməl keçdiyini açıqlayıb.
 
Bu barədə “France-Presse” Agentliyi məlumat yayıb.
 Bildirilir ki, D.Tramp bu barədə Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşündə deyib.
 Qeyd edək ki, iki ölkə liderinin Hamburqda keçirilən görüşü 2 saat yarım davam edib.
 Rusiya prezidenti Vladimir Putin görüşdə kibertəhlükəsizlik, terrorla mübarizə, Suriya və Ukrayna böhranlarının müzakirə olunduğunu açıqlayıb.