​Tramp Putini təbrik etdi - Telefon danışığı

Baxış sayı:
1120

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, danışıq zamanı Ağ Ev rəhbəri Putini prezident seçkilərində qazandığı qələbədən dolayı təbrik edib.
“ABŞ tərəfinin təşəbbüsü ilə D.Tramp və V.Putin arasında telefon danışığı baş tutub. Liderlər silahlanma yarışının məhdudlaşdırılması, strateji tərəfdaşlıq, o cümlədən strateji sabitlik barədə müzakirə aparıblar”, - deyə məlumatda bildirilib.