Tramp Putinə ümidini itirməyib, amma… - Pens

ABŞ Prezidenti Donald Tramp ümid edir ki, Rusiya Ukraynaya qarşı münasibətini dəyişəcək.
 
Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.
“ABŞ prezidenti və mən əvvəlki tək Rusiya hökumətinin Ukraynaya qarşı başqa mövqe göstərəcəyinə ümid edirik. İranla Şimali Koreyanın yaramaz rejimlərinə dəstək məsələsində dəyişikliklərə gedilməlidir. Biz dünyada və regionda stabil vəziyyətin qorunması naminə hər iki dövlətin maraqlarını nəzərə alaraq inanırıq ki, Rusiya öz mövqeyini dəyişəcək və bizim münasibətlərimiz yaxşıya doğru dəyişəcək”, - Pens bildirib.
Mayk Pens həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini yaxın vaxtlarda təsdiqləyəcəyini bildirib.