Tramp prezidentliyə namizədliyini elan etdi

Baxış sayı:
7951

ABŞ prezidenti Tramp ikinci dövr üçün seçki kampaniyasını başladıb. Seçiciləri ilə bir araya gələn Tramp, "ABŞ prezidenti olaraq ikinci dövr seçki kampaniyamı rəsmi olaraq başlatmaq üçün hüzurunuza gəldim. Söz verirəm, sizi əsla üzü üstə buraxmayacağam" deyib.
 
ABŞ prezidenti Donald Tramp "2020-də Demokratlara gedəcək hər bir səs radikal sosializmin yüksəlişinə və Amerikan yuxusunun məhv olmasına gedəcək" deyib.
2016-dakı prezident seçkilərində qalib gəlməklə Ağ Evdə vəzifəyə başlayan Tramp, ikinci dövr prezidentlik yarışına Floruda əyalətinin Orlando şəhərində başlayıb.
“Amway Center”-də təşkil edilən mitinqdə səhnəyə həyat yoldaşı Melania Tramp ilə çıxan ABŞ prezidentinə vitse prezident Mayk Pens və həyat yoldaşıı Karen Pens də dəstək verib.
Çıxısında ağırlıqlı olaraq vəzifəyə gəldiyi gündən bu yana təxminən 2,5 illik müddətdə nələr etdiyini qeyd edən Tramp, özünün Vaşinqtondakı mövcud olan nizamı Amerikan xalqı adına sarsıtdığını və Demokratların bunu sabotaj etməyə çalışdığını bildirib.
Müxalifət.az