Tramp prezidentliyə namizədliyini açıqlayacaq

Baxış sayı:
5632

ABŞ prezidenti Donald Tramp 2020-də keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını bəyan edib.
 
Tramp 2020 prezident seçkilərində namizəd olacağını Twitter hesabından bəyan edib.
Tramp açıqlamasında, "İkinci dövr prezidentlik üçün yarışacağımı 18 iyunda birinci ledi Melania Tramp, vitse prezident Mayk Pense və həyat yoldaşı Karen Pens ilə birgə Florudanın Orlando şəhərində elan edəcəyəm. 20 min şəxsin iştirak edəcəyi Amway Centerdə ediləcək tarixi görüşmədə bizə qatılın" deyə qeyd edib.
 
Co Bayden açıq fərqlə irəlidədir
 
Demokratlarda isə prezidentliyə namizəd keçmiş vitse prezident Co Bayden açıq fərqlə öndə gedir.
Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri 3 noyabr 2020-də keçiriləcək.
Müxalifət.az