Tramp prezidentlik edə bilirmi?

Baxış sayı:
9097

Serdar Turgut - Habertürk
 
Yayım həyatına internet saytı olaraq başlayan, amma sonra Vaşinqtonda pulsuz qəzet də paylamağa başlayan “POLİTİCO”, siyasi xəbərlər məsələsində şəhərdə “Vaşinqton Post”-un hakimiyyətini belə zorlamağa başlayıb.
 
Nəşrlərində çox maraqlı işlər görürlər. Bunun sonuncusu prezident Trampın Ağ Evdəki iş həyatı ilə bağlı idi.
“Politico” nəşriyyat hüquqlarından istifadə edərək prezident Trampın gündəlik proqramlarını araşdırmışdır.
Araşdırma nəticəsində ortaya çox fərqli, amma bir o qədər də maraqlı bir prezident profili çıxır.
 
İŞƏ ÇOX GEC BAŞLAYIR
 
Başdan deməliyəm ki, Tramp sanki məcburi prezidentlik edirmiş kimi davranır.
Az qala günortaya qədər iqamətgah hissəsindən işinin başına keçmir. İşə hər gün xüsusi qələm müdiri Con Kelli ilə etdiyi toplantı ilə başlayır.
Bu görüş heç bir zaman bir səhər qəhvəsi ilə başlamadı.
Çünki bu toplantının ən erkən başladığı saat 11.30 kimi görünür, sənədlərdə. Saat 13.00-da başlayan toplantı da var.
Anlaşılan odur ki, Tramp günün yarısını rəsmən çalışmadan keçirir.
Çox gec də qalxmır, amma səhər saatlarında iqamətgah hissəsindən çıxmır.
Qəzetləri o qədər də oxumur. Əgər qəzet oxuyursa, bunu internet üzərindən edir.
Səhər saatlarında ən çox vaxtını telefonda keçirir. Katib istifadə etmədiyi üçün kim axtarırsa, birbaşa cib telefonuna zəng edir.
Təbii ki, çoxlu tweet atır. Bütün personalı dəli-divanə etsə də, heç cür qarşısını ala bilmədikləri tweet-ləri hər mövzuda yazır. Bunların bir hissəsi üzündən başına işlər də gəlsə, buna son vermir.
Televiziyadan çox asılı olduğu deyilə bilər. Ən çox bəyəndiyi kanal görüşlərinə yaxın hesab etdiyi FOX xəbər kanalıdır.
 
İŞ ADAMLARI İLƏ DEDİ-QODU
 
İş adamı olan yoldaşlarına da zəng etməyi çox sevirmiş, onlarla dedi-qodu səhər əyləncələri arasındadır. Onlara gecə də zəng etməyi çox sevir.
Onları narahat edən bir məsələ varsa, normal şəraitdə bunun hazırlanması, həyata keçirilməsi bir ay sürürsə,ancaq dostlarının problemini həll etmək üçün təcili toplantının dərhal o gün nizamlanmasını istəyir.
Keçmiş prezidentlərin iş otaqlarından ayrılıb, iqamətgaha keçmə saatları gecə saatlarına qədər davam edərkən, Tramp gün ərzində bekarçılıqdan tez-tez iqamətgahına keçir. Təcili bir məsələ olduqda səlahiyyətli onunla görüşmək üçün Oval Ofis yerinə iqamətgahına gedir.
Gündə 9 saata yaxın öz şəxsi işləri ilə məşğul olduğundan, onsuz da çox gec başlanan işini də nəzərə aldıqda Trumpın gün boyu nəyəsə rəhbərlik etdiyini demək olmaz.
Lakin Ağ Ev heyətinə görə, Tramp işə can yandıran adamdır əslində. Çünki o iqamətgahında keçirdiyi vaxtı belə bir iş olaraq xarakterizə edir. Televiziya seyr etmək belə onun iş tərifinə daxil olur.
Gənclər və onun tərəfdarları onun bu davranışını "cool” olaraq görürlər. Mən isə bu qədər əhəmiyyətli bir işdə bir insanın bu qədər rahat olmasını qəribə görürəm açığı.
Sifətinə baxın, heç bir yorğunluq əlaməti yoxdur. Öz rahatlığını pozmur. Son sinaqoq hadisəsində belə o istirahətini pozmadı.
Prezident Obama prezidentliyə qara saçlarla başlasa da, rəhbərliyi  ağappaq saçlarla təhvil verdiı. Tramp isə məncə daha cavanlaşmış şəkildə buraxacaq başçılığı. Çünki o prezidentliyi əslində bir oyun kimi görür.
Hazırladı: Müxalifət.az