Tramp Polşaya səfər edəcək

 7-8 iyul tarixlərində Hamburqda (Almaniya) keçiriləcəyi planlaşdırılan G20 sammitindən əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Polşaya səfər edəcək.
 
Səfər Polşanın Prezidenti Anjey Dudanın dəvəti əsasında baş tutacaq. Bu barədə Ağ Evdən xəbər veriblər.
ABŞ administrasiyasında hesab edirlər ki, Duda ilə görüş «ABŞ-ın Avropadakı ən yaxın müttəfiqi olan Polşaya sadiqliyini təsdiqləyəcək» və administrasiyanın NATO üzrə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti bir daha sübut edəcək.
Qeyd olunur ki, prezidentlər ikitərəfli və regional məsələləri, o cümlədən, müttəfiqliyin dərinləşdirilməsi məsələsini müzakirə edəcəklər.