Tramp Parisdə müttəfiqləri tərəfindən təcrid olundu

Baxış sayı:
2716

Parisdə I Dünya Müharibəsini sona çatdıran atəşkəs müqaviləsinin 100-cü ildönümü zamanı Avropalı liderlərin millətçilik əleyhinə mesajlar verməsi, ABŞ prezidenti Donald Trampın müttəfiqləri tərəfindən yalnız buraxıldığı istiqamətində şərh olundu.
 
Böyük Britaniyanın aparıcı maliyyə qəzetlərindən olan “Financial Times”, Amerika mediasından “Bloomberg” və “Vaşinqton Post”, xüsusilə Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkelin açıqlamalarını Trampın təcrid edilməsi şəklində şərh etdi.
Trampa sosial mediadan da şənbə günü Parisdə Amerikan əsgərlərinin yerləşdiyi qəbiristanlığı ziyarət etməsini yağış üzündən ləğv etməsinə təpkilər yağdı.
Amerika mətbuat orqanı “Bloomberg”, bu təpkilərin Trampın ABŞ-dakı imicinə təsir etməyəcəyini, ancaq müttəfiqləri ilə olan münasibətinin hər zamankından daha kövrək olduğunu qeyd edib.
“Çin ilə ticarət müharibələri və İranın nüvə siyasətləri qarşısında hər zamankından daha çox müttəfiqləri ilə əməkdaşlığa ehtiyac duyan bir lider üçün bu çox risklidir" deyə bildirilib.
 
Hər şeydən öncə Amerika, yalnız Amerikaya çevrildi
 
Digər bir Amerika media qurumu olan “Politico” da "Trump bu həftə sonu Parisdə çox yalnızdı, “Öncə Amerika şüarı üçün Tramp, Avropalı liderlər və uzun müddətli müttəfiqləri tərəfindən təcrid olundu" deyə yazdı.
“Vaşinqton Post” qəzetinə danışan, keçmiş ABŞ prezidenti Barak Obama dövründə stajlı siyasət müşaviri olan David Axelrod, "Fransadakı hadisələri izləyərkən ABŞ-ın bu qədər təcrid olunduğunu bir başqa vaxt xatırlamadığımı düşündüm. Artıq hər şeydən öncə Amerika, indi təkcə qalan Amerikaya çevrilmiş vəziyyətdədir" deyib.
“Foreign Policy” jurnalının keçmiş redaktorlarından David Rothkopf isə "İzolyasiya işləyir kimi görünür. İndiyə qədər heç bir Amerika prezidentini, Trampın Parisdə olduğu qədər təcrid olduğunu gördünüzmü" deyə bildirib.
Fransız qəzeti “Le Monde” isə həftə sonu, "Avropa və ABŞ-ın boşanması: Qərb ailəsində gərginlik" başlığı ilə yazı dərc edib.
Müxalifət.az