​Tramp Paris mitinqlərinə reaksiya verdi: “Ölümcül hal idi...”

Baxış sayı:
11392

«Dostum Emmanuel Makron və etirazçıların mənim iki il əvvəl gəldiyim nəticə üzrə anlaşdıqları üçün məmnun oldum».
Bu sözləri ABŞ prezidenti Donald Tramp Parisdə son günlər keçirilən mitinqlərə münasibət bildirərkən deyib.
Prezident Tvitter hesabı vasitəsilə verdiyi açıqlamada Parisdə vergilərin azaldılması və iqtisadi şərtlərin yaxşılaşdırılması üçün keçirilən etirazlarla ABŞ-ın Paris İqlim Razılaşmasından çıxması arasında əlaqə qurmağa çalışıb:
“Emmanuel Makron və etirazçıların mənim iki il öncə gəldiyim nəticə üzərində anlaşdıqları xoş təəssürat yaradır. Paris Razılaşması ölümcül hal aldı, çünki məsuliyyəti üzərinə götürən ölkələr enerji qiymətlərinin qaldırılması ilə çirkləndirməni yuyurlar”.