Tramp özü haqqında sağlamlıq rəyi yazıb – QALMAQAL BÖYÜYÜR

Baxış sayı:
3286

ABŞ Prezidenti Donald Trampın keçmiş şəxsi həkimi Harold Bornstein 2015-ci ildə dövlət başçısı ilə bağlı hazırladığı sağlamlıq rəyinin Ağ Ev rəhbərinin özü tərəfindən diktə edildiyini bildirib.
Muxalifet.az xəbər verir ki, həkim rəyi özünün yazmadığını deyib.
“Bütün yazılanları Tramp diktə etdi. Onları mən yazmadım”, - o vurğulayıb.
Qeyd edək ki, seçki kampaniyası ərəfəsində D.Trampın sağlamlıqla bağlı rəyinə onun qeyri-adi dözümə malik olduğu, bu günə qədər prezidentliyə ən sağlam namizəd olduğu yazılırdı.
Ağ Ev hələ ki, Bornsteinin açıqlamasını şərh etməyib.