‘Tramp öldü' yalanı təxribat testidir?

Baxış sayı:
3799

Srağagün axşam "Tramp öldü", "ABŞ İranı vurur" kimi yalanlar sosial mediada sürətli olaraq yayılarkən, mütəxəssislər "bu ictimaiyyətin reaksiyasını ölçmək üçün edilmiş bir təxribat testi ola bilər" deyir.
 
Dezinformasiyanın fitili ABŞ-dan yandırıldı. ABŞ-ın vitse prezidenti Mayk Pens-in bir səfərini ləğv edib, paytaxt Vaşinqtona qayıtması yalan xəbərlərə səbəb oldu. Sosial mediada Pens-in bu qayıdışının ABŞ prezidenti Donald Trampın sağlıq vəziyyəti ilə əlaqədar olduğu iddia edildi. ABŞ-dakı üst səviyyə şəxslər "Fövqəladə vəziyyət yoxdur. Prezidentin vəziyyəti yaxşıdır. Mövzu milli təhlükəsizliklə əlaqədar da deyil" açıqlaması edildi. Ancaq ABŞ-dakı bu şərh Türkiyədəki yalan xəbərləri dayandırmağa yetmədi.
 
NÜVƏ MÜHARİBƏSİ BAŞLATDILAR
 
Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinin eyni saatlarda öz Müdafiə naziri Şoygu ilə görüşməsi və Avropa Birliyinin təkrarlanan yığıncağı da bir-biri ilə əlaqələndirilincə, 3-cü Dünya Müharibəsi ssenariləri yazıldı. Paylaşılan 100 minə yaxın mesajda, Trampın öldüyü, ABŞ-ın İranı vurduğu, ABŞ ilə Rusiya arasında nüvə müharibəsi başladığı kimi, iddialara yer verildi. Əsassız iddialar qismən bağlı olan birjalara belə təsir etdi.
 
SOSİAL MEDİA QANUNU YOXDUR
 
Bu hadisə Türkiyənin qlobal yönləndirmələrə nə qədər immunitetsiz olduğunu ortaya qoydu. Sosial media qanununun olmadığına və yalan iddialarla əlaqədar təsirli bir idarə mexanizmi olmadığına diqqət çəkən mütəxəssislər, Türkiyənin irəlidə daha təhlükəli yönləndirmələrlə üz-üzə qala biləcəyinə diqqət çəkib. Bu cür yalan xəbərlərin çox əhəmiyyətli şəxslərə istinad edilməsinə "böyük qəbul rəhbərliyi" deyildiyini ifadə edən dosent Levent Eraslan, "Trampın öldüyü iddiasına yönəlik edilən işlər sadə bir proses deyil. Məncə, əhəmiyyətli bir mərkəz tərəfindən edildi. Ona görə bu tərz xəbərlərdə proses çərçivəsində ediləcəklərə diqqət yetirməmiz lazımdır" deyib.
 
ANİ OLARAQ CAVAB VERİLMƏLİDİR
 
İrəlidə Türkiyəyə yönəlik bu cür təxribatlar olduğunda xalqın bu manipulasiyaya çəkiləcəyinə diqqət çəkən Eraslan, "Bu tərz manipulasiya xəbərlərindən bütün dünya təsirlənər. Bu kimi hissləri idarə etmək üçün soaial medianı izləmə mərkəzi yaradılmalı və ani olaraq cavab verilməlidir. ABŞ bunu etmədi. Bu yalan da idarə oluna bilinmədiyi üçün bu qədər sürətli yayıldı. Cavablar gecikdikcə milyardlarla adama gedər. Məqsədli bir mərkəzdən edilmiş bir işdir. Önümüzdəki günlərdə Türkiyədə yenə bu tərz bir işlər ola bilər" deyib.
Dosent Əli Murad Qırıq da srağagün yaşananların bir soaial mühəndislik testi olduğunu ifadə edib. Qırıq bunları qeyd edib: "Trampın gündəmə gələn xəbəri "post truth" xəbərdir, yəni "həqiqətdən sonra" xəbərdir. Xüsusilə cəmiyyəti maraqlandıran, cəmiyyətin hadisələr qarşısında vəziyyətini və davranışlarını ölçməyi təmin edən bir vasitə halına gəldi. Artıq gələcəyin mediası sosial media bütün ictimai dəyərlər, ölçülər buradan analiz edilir. Bu məlumatlar toplanır, mənalandırılır. Dövlətlər, siyasi partiyalar buradan kütlələrini nəzarət edir və nəzarət altına alırlar. Sosial medianın gücünü bilməli, yerində və zamanında istifadə etməliyik. Bu nöqtədə bizlərə düşən mediadakı mesajları, məzmunları doğru anlamaq, mənalandırmaq və sosial medianı bütünlüklə həyatımızın mərkəzinə qoymamaqdır".
Müxalifət.az