TRAMP OBAMANIN SƏHVLƏRİNİ TƏKRAR EDİR - ABŞ prezidentini qarşıda nə gözləyir... / Təhlil

Baxış sayı:
7327

Muxalifet.az Əl-Cəzirəyə istinadən aşağıdakı təhlili təqdim edir.

Bu bazar ABŞ prezidenti Donald Tramp bütün dünyaya bəyan edib bildirdi ki, İŞİD lideri Bağdadi ABŞ xüsusi təyinatlılarının əməliyyatı nəticəsində öldürülüb.
Bağdadi ABŞ ordusunu Suriyadan çıxartmaq qərarından iki həftə sonra öldürüldü və bu İŞİD-ə qarşı beş illik ABŞ kampaniyasının virtual sonu oldu.

Trampın Obama siyasəti

Tramp Obamanı ABŞ-ın Yaxın Şərq siyasətində uğursuz olmaqda günahlandırsa da, özü Obamanın yolunu addım-addım gedir. 2009-cu ildə o, ABŞ ordusunu “İslam dünyasında törətdiyi günahları yumaq” üçün “evə qaytarmaq” vədləri üzərində hakimiyyətə gəldi. Beləliklə Obama 2011-ci ilin sonlarında ABŞ odrusunu İraqdan çıxartdı və bildirdi ki, əl- Qaidə məhv olunduğu üçün İraq hökuməti ölkədə nəzarəti bərpa etməlidir. Bin Ladenin 2011-ci ilin mayında öldürülməsi onu tənqid edənləri sakitləşdirdi. Çünki Pentaqonda olanların çoxu ordunu çıxartmağın hələ tez olduğunu bildirirdi.

Xilafət

2013-cü ildə əl-Qaidə İŞİD bayrağı altında daha qəddar formada canlandı. 2014-cü il iyunda ABŞ-ın təlim keçdiyi İraq ordusunu məğlub etdi və Mosulu, İraqın ikinci böyük şəhərini, tutaraq çaxnaşma yaratdı. Bir neçə gün sonra Mosulun əl-Nuri məscidində Bağdadi “xilafətin yaranmasını” elan etdi.
Mosulun tutulması, İraq ordusunun məğlubiyəti, 2300 ədəd “Humvee” zirehli texnikası daxil olmaqla ABŞ hərbi texnikasının qənimət kimi götürülməsi Obama administrasiyasına “əsas zərbə“ oldu və o, ordunu yenidən İraqa yeritdi. Beləliklə, 2014-cü ildə ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı koalisiya yarandı.
Beş ildən sonra, prezident Tramp elan edir ki, İŞİD Suriya ərazisində “100 faiz” məğlub edilib və ordu “evə” geri qayıdır. Eynilə Obama kimi, o da növbəti prezident seçkiləri üçün narahatdır, ikinci müddətə seçilə bilmək üçün Obamanın verdiyi “vədi”verdi.

Ərdoğanla “sövdələşmə”

Tənqidçilərin səsini kəsmək üçün 2019-cu il 6 oktyabrda Tramp Türkiyə prezidenti Ərdoğana zəng edib, Suriyada müharibəni bitirmək təklifini qəbul etdi. Bu razılaşma problemləri həll etməkdən çox yeni problemlər yaratdı. Trampa “İŞİD-lə müharibədə canlarını vermiş kürd müttəfiqləri satdığı üçün” həm Demokratlar, həm Respublikaçılar hücum etdi.
Təəccüblüdür ki, Bağdadi Pence-Ərdoğan görüşündən 10 gün sonra Türkiyə-Suriya sərhədinin yaxınlığında öldürüldü.
Belə ehtimal var ki, Soçi sammitində Ərdoğan – Putin görüşündə Bağdadinin məsələsi barədə də kəşfiyyat məlumatları paylaşılıb və bu məlumatlar Trampa ABŞ ordusunun Suriyadan çıxarılması qarşılığında Vaşinqtona verilib.
İŞİD Suriya və İraq ərazisində tutduğu əraziləri itirdi, minlərlə döyüşçüsü məhv edildi. Amma  bununla məsələ bitmir..
İlk öncə, regional rəqabət üçün münbit şərait qalmaqdadır və hər an bölgədə vəziyətin stabilliyi pozula, İŞİD üçün məkan yarana bilər. İndi Suriya münaqişəsində əsas oyunçular Rusiya, Türkiyə, İran ABŞ-ın regiondan getməsini istəyirlər, bu barədə həmfikirdirlər. Amma ABŞ ordusu getdikdən sonra bu konsensus davam etməyə bilər.

İran təklənir

İran bir tərəfdə Rusiya-Türkiyə yaxınlaşmasından, digər tərəfdə isə ABŞ-Türkiyə əməkdaşlığından kənarda qaldığını hiss edir. Əslində isə İran ABŞ ordusu Suriyadan çıxdıqdan sonra Rusiya ilə Türkiyənin oradakı hərbi boşluğu dolduracağından ehtiyat edir. Belə ki, İran Ankara və Moskvanın Suriyadan keçən “şiə zolağını” yaratmağa mane olmaq üçün birgə işləyəcəyindən qorxur. ABŞ və İsrail bu zolağın yaradılmasının əleyhinə idilər.
“Şiə zolağı”İranın bu bölgədə nəfəsliyi və ya hər yerə uzanan əlidir. İran əslində özünün təhlükəsizliyini həmişəlik təmin etmək və regional təsirini gücləndirmək üçün bu zolağın zəruri olduğunu düşünür.
 Bundan başqa o, İslam birliyinin lideri olmağa iddialıdır,çünki bu  “məzhəb”çoxdan siyasi dona bürünüb, İslam dünyasının lideri olmaq üçün onun legitimliyini və əlbəttə ki, siyasi təhlükəsizliyini təmin edir.
Türkiyə ABŞ-ın hərəkətlərini Suriyanın şimalında mümkün müstəqil Kürdüstan üçün yerli iqtisadiyyatın yaradılmasına doğru bir addım kimi qiymətləndirəcək. Rusiya buna dözməyəcək.
İkincisi, ərəb ölkələrində İŞİD-i yaradan “viruslar”hələ də mövcuddur. Yaxın Şərqdəki məzhəb siyasəti müxtəlif ictimai təşkilatları marginallaşdırıb; sosial-iqtisadi problemlər, korrupsiya, ədalətsizlik, repressiya və s. istənilən qığılcımın alışmasına rəvac verəcək.
Bu vəziyyətin düzəlməsi üçün beynəlxalq birlik regional təhlükəsizliyi qorumaq üçün səy göstərməlidir. Bölgədə ATƏT kimi regional təhlükəsizlik sistemi yaradılmalıdır.  

Hazırladı: Ulviyyə Şükürova
Muxalifet.az