Tramp Obamanı buna görə tənqid etmişdi, amma özü...

ABŞ Prezidenti Donald Tramp tətilə çıxır.
 
Donald Tramp Ağ Evdən uzaqlaşmaq və istirahət etmək üçün 17 günlük tətilə çıxmağa qərar verib.
Nyu-Cersidəki qolf klubuna getməsi gözlənilən Prezident Tramp bu gün ilk dəfə rəsmi tətilə çıxacaq.
Qeyd edək ki, Donald Tramp 2014-cü ildə Tvitter hesabında “ABŞ-ın qarşılaşdığı bütün problemlər və çətinliklərlə rəğmən, Prezident Obamanın gününü qolf oynayaraq keçirdiyinə inana bilirsinizmi?”, - yazaraq onu tənqid etmişdi./axar.az