Tramp nöqtəni qoydu: Rusiya üçün heç vaxt işləməmişəm

Baxış sayı:
11320

ABŞ prezidenti Donald Tramp “Vaşinqton Post”-da yer alan Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının detallarını gizlətdiyinə dair iddialarla bağlı açıqlama verib.
 
 Tramp, "Rusiya üçün heç vaxt çalışmamışam" deyərək, tərcüməçinin qeydləri ilə bağlı bir şey bilmədiyini söyləyib.
Qeyd edək ki, “Vaşinqton Post” qəzeti ABŞ rəsmilərinə əsaslandırdığı xəbərində Trampın Putinlə danışıqlarının detallarını gizlətdiyini və görüşlərdə iştirak edən tərcüməçinin qeydlərini əlindən aldığını iddia etmişdi.
Müxalifət.az