​Tramp Netanyahu ilə Ağ Evdə GÖRÜŞƏCƏK

Baxış sayı:
1762

ABŞ prezidenti Donald Tramp martın 5-də İrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə görüş keçirəcək.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə Ağ Evdəki mənbə bildirib.
Mənbə deyib: "Prezidentin baş nazirlə gözəl münasibətləri var və o, onunla görüşü səbirsizliklə gözləyir".
Qeyd edək ki, yanvar ayında Davos Dünya İqtisadi Forumunda Tramp və Netanyahu arasında görüş olub.