Tramp-Netanyahu görüşündə SURİYA GƏRGİNLİYİ

Baxış sayı:
4675

Tramp ilə Netanyahu arasında dünən baş tutan telefon danışığında Suriya məsələsində gərginlik yaşandığı irəli sürülüb. Suriyadan çəkilmə qərarı barədə Netanyahunun Trampa təzyiq göstərdiyi və danışıqda mühitin bir anda gərginləşdiyi qeyd olunur.
 
ABŞ prezidenti ilə İsrailin baş naziri Netanyahu arasında dünən baş tutan telefon danışığında Suriyadan çəkilmə məsələsinin də gündəmə gəldiyi ortaya çıxıb.
 
NETANYAHU TRAMPI İNANDIRMAĞA ÇALIŞIB
 
Sabah qəzetinin verdiyi xəbərə görə, ABŞ-lı bir səlahiyyətli, görüşdə Trampın Suriyadan çəkiləcəyini Netanyahuya söylədiyini deyib. Ancaq Netanyahu Suriyadan çıxmamaq üçün Trampı inandırmağa çalışıb.
 
DANIŞIQDA GƏRGİN ANLAR
 
ABŞ-lı səlahiyyətlinin dediklərinə görə, telefon danışığının bu hissəsi olduqca gərgin keçib.
 
AĞ EV MƏSƏLƏYƏ TOXUNMADI
 
Tramp-Netanyahu telefon danışığından sonra Ağ Ev bəyanat vermiş, ancaq açıqlamada, "çəkilmə" məsələsi ilə bağlı bir məlumat verilməmişdi.
Müxalifət.az