Tramp nə zaman Türkiyəyə gələcək? – Çavuşoğlu açıqladı

Baxış sayı:
4801

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Trampın Türkiyə səfərinin vaxtının tam müəyyənləşmədiyini deyib.
 
Çavuşoğlu ABŞ prezidenti Trampın Türkiyə səfərinə dair açıqlama verərkən bu sözləri deyib:
 “Hörmətli prezidentimiz cənab Trampı ölkəmizə daha əvvəl də dəvət etmişdi. Prezidentimiz Trampla daim telefonla danışırlar, danışıqların müsbət olduğunu deyə bilərəm. Son telefon danışığı müsbət şəraitdə bütün məsələlərin müzakirə olunduğu bir danışıq oldu. Trampın səfərinə dair yaxın günlərdə dəqiq tarix müəyyən olunacaq”.
Müxalifət.az