Tramp məxfi görüşü ləğv etdi - ƏFQANISTAN PREZİDENTİNƏ QƏZƏBLƏNDİ

Baxış sayı:
246

ABŞ Prezidenti Donald Tramp Kabildəki terakt səbəbindən Taliban liderləri və Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə planlaşdırılan görüşünü ləğv edib.

Bu məlumatı Tramp öz Tvitter səhifəsində paylaşıb.

“Heç kimin xəbəri olmadan Talibanın bütün əsas liderləri və Əfqanıstan prezidenti mənimlə bazar günü Kemp-Deviddə gizli görüşə hazırlaşırdılar. Bu gün gecə onlar ABŞ-a gəlməli idilər. Təəssüf ki, yalançı təsir rıçaqları yaratmaq məqsədilə onlar Kabilə hücum etdilər və nəticədə bizim əsgərlərimiz, eləcə də daha 11 nəfər həlak oldu. Mən dərhal görüşü və sülh danışıqlarını ləğv etdim. Əgər taliblər belə çox vacib danışıqlar zamanı atəşkəs razılaşması barədə danışa bilmirlərsə, yəqin ki, istənilən halda onlarla əhəmiyyətli müqavilə barədə razılaşmaq imkanı yoxdur”, – deyə o bildirib.