Tramp müharibə kabineti qurur: Vaşinqtonda “məhşərin dörd ismi”

Baxış sayı:
259

Serdar Turgut - Habertürk
 
ABŞ prezidenti Tramp, müdafiə naziri Mattisin yerinə başqa şəxs gətirmək üçün axtarışa başlayıb.
 
Əgər Vaşinqton kulislərində danışılan şəxs Jack Keane yeni müdafiə naziri olsa, bu, çox təhlükəli bir hadisə olacağı bildirilir.
 

 Jack Keane
 
Trampın təqaüddə olan, dörd ulduzlu general Jack Keaneyi Pentaqonun başına gətirməyi çox istədiyi, onun müharibəni çox sevən və müharibə istəyən bir general olmasının başqana cazibədar gəldiyi söylənir Vaşinqtonda.
 Gözlənildiyi kimi, bu təyinat qısa müddətdə baş versə, bu, Trampın bir böyük müharibəyə hazırlaşmasının əlaməti kimi danışılır ABŞ paytaxtında.
 
MƏHŞƏRİN KVARTETİ
 
MKİ-də Gina Haspel, milli təhlükəsizlik müşaviri Con Bolton və xarici işlərində Mayk Pompeonun yanına bir də Jack Keaneni əlavə meydana buraxarsanız, “bir müharibə kabineti yaradılmışdır” görünüşü çıxacağı danışılır və bu dördlüyə “Məhşərin dörd ismi” adı verilib Vaşinqtonda.
 Bu dörd şəxs də ABŞ-ın bütün qlobal problemlərinin ancaq bir müharibə yolu ilə həll ediləcəyinə inanır. Xüsusilə hazırda hakimiyyətdə ən təsirli şəxs olan Con Bolton bunun nəzəriyyəçisi kimi də tanınır.
 Onun içindən çıxdığı "Foundation for the Development of Democracies” (FDD) təşkilatı hakimiyyətin bir müharibə axtarışını xaricdən güclü dəstəkləyir. FDD eyni zamanda Vaşinqtondakı Türkiyə əleyhinə olan təşkilatlardan biri kimi tanınır. Bu yaxınlarda ən son olaraq Halkbank araşdırmasını aparan casuslara və prokurorlara mükafat də vermişdilər.
 Vaşinqtondakı liberal dairələr prezident Trampın bir dəliliyə hazırlanmaqda olduğunu və bunun ancaq ara seçkidə demokratların yaxşı nəticə alması ilə bəlkə dayandıra biləcəyinə ümid etdiklərini deyirlər.
 
BAŞQA ADLAR DA VAR
 
 Prezident Trampa, Mattisin yerinə gətirəcəyi Keane-dən başqa, bu şəxslər də təqdim olunub;
Senator Tom Cotton, senator Lindslay Qrehem, senator Cim Talent, xəzinə əməkdaşı David Maccormick də namizəd siyahısındadırlar. Ancaq Jack Keane-nin yeni müdafiə naziri olmasına qəti gözlə baxılır.
 Bu prosesin Mattisin prezident Tramp haqqında "Beş-altı yaşlı uşağın zəkasına malikdir" deyə, danışdığının ortaya çıxmasından sonra sürətləndiyi da deyilir burada.
Müxalifət.az