Tramp əmr vermişdi: Basqınlar başladı...

Baxış sayı:
6802

ABŞ-ın Miqrasiya və Sərhəd Mühafizə (ICE) qurumu ölkədəki qeyri-qanuni immiqrantlara yönəlik basqınlar başladıb.
 
Amerikan yayın qurumu “CNN”-ə danışan bir səlahiyyətli ICE-nin bu gün 2 min qeyri-qanuni immiqrantı hədəf alacaq şəkildə basqınlarını başlatdığını ifadə edib.
Basqınların Atlanda, Baltimor, Çicago, Denver, Hyuston, Los Anjelos, Mayami, New York və San Franciskodakı immiqrantlara yönəlik olduğunu ifadə edən səlahiyyətli, New Orleans-dakı basqınların da bölgədə güclü “Barry Tropik” fırtınası səbəbiylə təxirə salındığını ifadə edib.
Söz mövzusu basqınların ediləcəyi xəbərindən sonra ABŞ-da başlayan müzakirələr isə davam edir.
ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətlərinin direktor vəkili Ken Cuccinelli etdiyi açıqlamada, basqınların hədəfindəki şəxslərin hal hazırda qeyri-qanuni əmr almış şəxslər olduğunu vurğulayıb.
Cuccinelli basqınlar nəticəsində uşaqların ailələrindən ayrılıb ayrılmayacağına dair bir suala isə "Basqınların hədəfində ailələr də var" şəklində cavab verməklə kifayətlənib.
Ölkədəki qeyri-qanuni immiqrantlar isə marketlərdən evlərinə qida və digər ehtiyac ehtiyatı yığaraq nəzarətə alınma qorxusu içində yaşayır.
Müxalifət.az