​“Tramp məni Bryusla səhv saldı” — ABŞ lideri ilə bağlı ilginc AÇIQLAMA

Baxış sayı:
4267

İngiltərəli aktyor Kristian Bale ABŞ lideri Donald Trampla bağlı ilginc açıqlama verib.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, prezident seçilməmişdən əvvəl Trampın onun “Batman” filmindəki xarakteri Bryus Uayne olduğunu düşündüyünü dilə gətirib.
Rolları üçün tez-tez başqa obrazlara girən Bale Trampla necə tanış olduğunu da danışıb. Bildirib ki, tanışlıqları bir filmin qala gecəsində olub. 
““Trump Tower”da “Batman” filmini çəkərkən Tramp məni ofisinə dəvət etdi. Deyəsən mənim Bryus Uayne olduğumu düşünürdü. Çünki mən Bryus kimi geyinmişdi. O da mənə Uayen kimi davrandı. Mən də elə davam etdim. Çox əyləncəli idi”, - deyə aktyor qeyd edib.