​Tramp mənə oxşayır, gəlsin Rusiyaya... – Jirinovski

Baxış sayı:
1068

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ lideri Donald Trampı anti-xolesterol pəhriz üçün Rusiyaya dəvət edib.
Muxalifet.az  xəbər verir ki, Jirinovski Trampın müayinəsinin cavablarının onun cavabları ilə üst-üstə düşdüyünü bildirib:
“Trampın müayinədən keçdiyini eşitdim. Biz onunla həmyaşıdıq, göstəricilərimiz də eynidir. O, xolesterola qarşı preparat qəbul edir”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Donald Tramp həkim müayinəsindən keçmişdi.