Tramp milyarderi səfir göndərir - SENAT QƏRAR VERƏCƏK

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Böyük Britaniyadakı səfiri postuna milyarder Vudi Consonun namizədliyini irəli sürüb.
 
Namizədlə bağlı məsələ ABŞ Senatında səsə qoyulacaq.
Vudi Conson Donald Trampın seçki kompaniyasında fəal iştirak etməsi ilə tanınır. Milyarder həmçinin Trampın inauqurasiya mərasiminə də vəsait ayırıb.“Nyu York Jets” futbol klubunun sahibi olan Conson səfir təyin ediləcəyi halda klubun rəhbərliyini öz qardaşına verməli olacaq.
Xatırladaq ki, ABŞ Senatı Böyük Britaniya ilə birliktə Belçika səfiri postuna da namizədlik məsələsini səsə qoyacaq.