Tramp 'milli fövqəladə vəziyyət” əmri verdi

Baxış sayı:
6949

ABŞ prezidenti Donald Tramp “milli fövqəladə vəziyyət” əmri verib və ABŞ xaricində telekommunikasiya avadanlığının istifadəsini qadağan edin. Çinli texnologiya şirkəti “Huawei”-yi sıxışdırıb çıxarmaq üçün bu addımın atıldığı bildirilib.
 
Tramp tərəfindən imzalanan “milli fövqəladə vəziyyət” qaydalarına əsasən, ABŞ milli məlumatlarının qorunması üçün təhlükə yarada biləcək xarici ölkələrdən telekommunikasiya alətlərinin istifadəsinə qadağa qoyulub.
Fövqəladə vəziyyətin bir il müddətində qüvvədə qalması və ABŞ-ın texnoloji infrastrukturunun və kiber şəbəkə təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
 
HUAWEI-yə BÖYÜK ZƏRBƏ
 
“Vaşinqton Post” qəzeti Trampın qərarını ABŞ-ın düşmən ölkələrinin casusluq fəaliyyətlərinə mane olmaq kimi dəyərləndirib, ABŞ-Çin ticarət müharibəsində HUAVEİ-yə böyük bir zərbə vurulacağını qeyd edib.
Müxalifət.az