​Tramp Melaniyaya ad günü hədiyyəsi almadı: "VAXTIM YOXDU"

Baxış sayı:
2866

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, həyat yoldaşı Melaniya Trampa ad günündə heç bir hədiyyə bağışlamayıb.
Trend-in məlumatına görə, belə bir etirafı o sevimli şou-proqramı zamanı, "Fox and Friends"in efirində səsləndirib.
ABŞ lideri deyib: "Ola bilsin, bu məsələ ilə bağlı problemlərim oldu. Hədiyyə axtarmağa vaxtım yoxdu, çox məşğulam. Hədiyyə almamışdım, lakin gözəl bir açıqca və gül dəstəsi bağışlamışam".
Qeyd edək ki, ötən gün ABŞ-ın birinci xanımı M.Trampın 48 yaşı tamam olub.