Tramp Makronu «fakt qarşısında» qoyub – «NATO-ya görə, haqq ödəyəcəksiniz, yoxsa?»

Baxış sayı:
6274

Muxalifet.az xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Fransaya səfəri zamanı Makron tərəfindən irəli sürülmüş ümumavropa ordusu ideyasının tənqidinə yenidən qayıdıb.
Bundan əvvəl təhqirə məruz qalmış Tramp bu dəfə Fransanın NATO üzvü olmasını və bu məsələnin maliyyə tərəfini Makrona xatırladıb.
Ağ Evin başçısının sözlərinə görə, «Aİ ordusu» ideyası İkinci dünya müharibəsi dövründəki Almaniya silahlı qüvvələrinin yaradılması strategiyasını xatırladır – o müharibənin ki, bir əsrlik ildönümünü indi bütün Fransa qeyd edir.
«Emmanuel Makron Avropanı Rusiyadan, Çindən və ABŞ-dan müdafiə etmək üçün özünün ordusunu yaratmağı təklif edir. Ancaq bu, Birinci və İkinci dünya müharibələrində Almaniya idi. Fransa üçün bu, necə «işlədi»? Onlar Parisdə almancanı ABŞ-ın gəlişindən əvvəl öyrətməyə başlamışdılar. NATO-ya görə, haqq ödəyəcəksiniz, yoxsa yox?» – deyə, Tramp öz «Tvitter»ində yazıb.