Tramp Londonda Makronun bəyanatını "çox ayıb" və "iyrənc" adlandırdı

Baxış sayı:
808

NATO-nun London zirvəsindən əvvəl ABŞ prezidenti Tramp Fransa prezidenti Makronun “ABŞ-ın laqeydliyi NATO-nun beyin ölümünə səbəb olur” açıqlamasını “çox iyrənc” və “ayıb” adlandıraraq, ona qarşı hücuma keçib. Muxalifet.az bu barədə CNN xəbər agentliyinə istinadla bildirir. Sonra isə ABŞ-ın alyans üçün “müqayisə olunmaz qədər çox məbləğ” xərclədiyini qabardaraq, bildirib ki, “NATO Fransadan çox heç kimə lazım deyil və “onun ən az xeyir verdiyi ölkə ABŞ-dır”. “Fransa NATO-ya yönəlmiş belə bəyanatlar verəndə, bu çox təhlükəlidir”, deyə Tramp alyansın Baş Katibi Yens Stoltenberq ilə iş yeməyi süfrəsi arxasında bildirib. Muxalifet.az