Tramp Livanı İrandan qopartmaq üçün ona yardım verəcək

Baxış sayı:
6472

ABŞ administrasiyası, oktyabrda Livana yönəlmiş hərbi yardımı təxirə salsa da, 105 milyon dollarlıq hərbi-müdafiə xarakterli yardımını yenidən işə salmaq qərarı verdi.
ABŞ Konqresisində bəzi rəsmilərin verdiyi məlumata görə, Tramp administrasiyası bu qərar barədə Konqress üzvlərini məlumatlandırdı. Bildirilir ki, oktyabr ayında bu yardımın kəsilməsi açıqlansa da, səbəb haqda məlumat verilməmişdi.
Qərara kəskin reaksiya verən Konqres və Pentagon, Livanın bölgədəki İran fəaliyyətinə qarşı və terrorla mübarizədə vacib rol oynadığını, bu qərarın Livan ordusunu zəiflədəcəyini irəli sürmüşdü.
Muxalifet.az