Tramp əleyhinə “Rusiya” istintaqı başa çatdı: Gözlər Ağ Evdə

Baxış sayı:
328

ABŞ-da 2 ildir davam edən Rusiya istintaqını tamamlayan xüsusi səlahiyyətli prokuror Robert Müllerin istintaqı tamamlayaraq sənədləri Ədalət Nazirliyinə təslim etdiyi bildirilib.
 
ABŞ Ədliyyə Nazirliyindən edilən yazılı açıqlamada, ABŞ prezidenti Donald Trampın qalib gəldiyi 2016 prezident seçkilərinə Rusiyanın kiber hücumlar yolu ilə müdaxilə edib-etmədiyini araşdırıldığı istintaqı icra edən prokuror Müllerin təxminən 2 ildir davam edən istintaqını tamamladığı və sənədləri ədalət naziri William Barr'a çatdırdığı ifadə edilib.
Nazir Barr ABŞ Senatı və Nümayəndələr Palatası ədliyyə komitələrinə məktub göndərərək Müllerin istintaqının bitdiyini bildirib.
Barrın həftə sonu istintaqın nəticələrinə dair əlaqədar komitələrə bir hesabat göndərəcək. İstintaqın nəticələrinə gəldikdə, Ədliyyə Nazirliyinin bundan sonrakı mövqeyi bu prosesdə həlledici olacaq.
Ağ Ev sözçüsü Sarah Sanders isə Müllerin icra etdiyi istintaqın sona çatması ilə bağlı "Bundan sonrakı addım nazir Barr'a aiddir. Prosesin davamını maraqla gözləyirik. Ağ Ev xüsusi səlahiyyətli prokurorun hesabatıyla əlaqədar bir brifinq keçirməyib" deyə bildirib.
Müxalifət.az