Tramp əleyhinə 10 milyon imza

Baxış sayı:
14584

ABŞ prezidenti Donald Trampın vəzifədən alınması üçün toplanan 10 milyon imza Konqresə təqdim olunub.
 
Milli müdafiə qrupları topladıqları imza ərizələrini Demokrat Konqresmen Rashida Tlaibə təqdim edib.
Tlaib Nümayəndələr Məclisinin Ədliyyə Komitəsinə bir qanun layihəsi təqdim edərək Trampın vəzifəsindən sui-istifadə edib etmədiyinin araşdırılmasını istəmişdi.
 
10 milyon insan demokratiyanı qorumaq istəyir
 
 ABŞ Konqresi önündə keçirilən aksiyada açıqlama verən Tlaib, "Bu inanılmazdır, çünki hərəkətlər belə başlayır. Hüququn suverenliyinin aşınmasına yol verə, demokratiyamızın bu prezident tərəfindən yox edilməsinə yol verə bilmərik" deyib.
Twitter hesabından da bir açıqlama edən Tlaib, "10 milyon insan demokratiyamızı qorumaq istəyir. 10 milyon insan ABŞ Konstitusiyasını müdafiə etmək istəyir. 10 milyon insan hüququn aliliyinə yönəlik fərdi məsuliyyətimiz olduğunda israr edir" deyə qeyd edib.
 Müxalifət.az