​Tramp kürəkənini yanlış siyasi məsləhətlər verməkdə günahlandırıb

ABŞ prezidenti Donald Tramp kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi hüquqşünaslar komandasını uğursuz  siyasi məsləhətlər verməkdə suçlayıb.
Muxalifət.az-ın xəbərinə görə, Amerika lideri həmin komandanın təqdimatı ilə Moskvayla əlaqələrə nəzarət edən xüsusi prokuror Robert Müllerin təyinatına qərar verib.
ABŞ rəhbəri sabiq strateji məsləhətçisi Stiven Bennonla söhbətində Kuşneri qeyri- korrekt siyasi məsləhətlər verdiyi üçün qınayıb.
Məsələn, FTB-nin sabiq rəhbəri Ceyms Komi ilə prezidentin keçmiş məsləhətçisı  Maykl Flinnin görəvləri haqda verilən qərar Donald Trampı qane etməyib. Onların bu qərarına əsasən, Ağ Evdə yeni görəvə təyin olunan Robert Müllerin ABŞ-ın xarici siyasətinə müdaxilə etməsindən şikayətlənirlər.
Mənbələr bildirdiyinə görə, seçkiqabağı qərargahın sabiq rəhbəri Rocer Stoun Donald Trampa kürəkəninin pis siyasi məsləhətlər verdiyini deyib. Tramp da bu fikirlərlə razılaşıb.
Amma daha öncə deyrdilər ki, Tramp bütün məsələlərdə kürəkəninə tam güvənir. /Hurriyyet.org/