“Tramp kovboy qədər cahildir” – Türk tarixçi İlber Ortaylı

Baxış sayı:
6865

“Beşinci Fəsil” Mədəniyyət İncəsənət Mərkəzində Türkiyənin “Yaxın Tarixi” mövzusunda konfrans keçirilib. Konfransa qatılan Professor İlber Ortaylı böyük maraqla qarşılanıb. Çıxışında dövlətlərin dağılma səbəblərini izah edən Ortaylı bu fikirləri deyib:
 
 "Təəssüf ki, dövlətlərin orduya siyasəti qarışdırması son dərəcə təhlükəlidir. Onun üçün bu son hadisələr, yəni siyasət yolu ilə orduya daxil olma səbəbləri və FETÖ-dur, nədir, o son dərəcə təhlükəli bir şeydir. Xarici dünyada mübahisə edirlər, “Qoandarma bir çevriliş cəhdidir” deyə. Vallah uydurma deyil, onu mübahisə etməyəcəyəm belə, bunlar insanların həyatını oğurlayan bir şəbəkədir. Ən yaxşı məktəblərə saxta üz köçürmələrlə tələbə salırlar, imtahandan keçən zabitləri uydurma tibbi hesabatlarla uzaqlaşdırırlar, küt insanları olmayan yerlərə gətirirlər və Türkiyəni kökündən qurudurlar. Çünki bizim kadr siyasətimiz heç bir ön təcrübəyə, ön şərtə bağlı deyil. Bu imperiyaı ayağa qaldıran bütün insanlar xalqdan çıxmış adi adamlardır. Bu qabiliyyətli insanların meydana gətirdiyi kadrları bu şəkildə öz dar anlayışına görə, vəzifəyə gətirənlər Türkiyə dövləti tarixinə zidd bir iş görür. Buna yol verənlər, bunları qoruyanların heç bir şəkildə bizim milli tariximizdə yeri olmamalıdır. Bir şeyə çox diqqət edirəm. Türkiyədə mövcud olan ordu, mövcud olan qolçaq qüvvələri və bürokratiyanın içindəki ləyaqətli yüksəlmə sisteminə zərbə endirənlər, fövqəladə təhlükəli varlıqlardır. Mən bunların kənardan bəsləndiyinə inanıram".
 
TRAMP DÜNYAGÖRÜŞÜ ETİBARİLƏ CAHİL BİR ADAMDIR
 
 FETÖ kimi mexanizmlərin arxasında ABŞ-da yerləşən bir şəbəkənin olduğunu ifadə edən Ortaylı, "Nə deyə Tramp kimi, ya da xanım Klinton kimi bir qadın, buradakı adamlara önəmverirlər. Trump onsuz da bir kovboy qədər cahildir, müəssisə oxumuş, amma dünyagörüşü etibarı ilə cahil bir adamdır. Ətrafındakı müşavirləri, katibləri, nazirləri də ondan artıq bir şey deyillər. O Klinton dediyimiz qadın gözəl, ağıllıdır. Bir əri var xalqın içindən çıxmış, amma özü yaxşı bir universitetdə oxuyub. İstədiyi qədər görkəmli olsun, ağzı söz edər “car car” bir qadındır. Nə işi var, FETÖ-nu orada saxlayacaq, demək bir mexanizm var ki, tuturlar. Əhəmiyyətli bir şeydir bu, onun üzərində dayanmaq lazımdır" deyə söyləyib.
Müxalifət.az