Tramp Koreyanı unutdu, Meksikanı HƏDƏF SEÇDİ

Baxış sayı:
684

Meksika dünyanın ən təhlükəli ölkəsidir.
Muxalifət.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
“Bizə öz ölkəmizin təhlükəsizliyi üçün divar lazımdır; bizə divar Meksika kimi dünyanın ən təhlükəli ölkəsindən kütləvi narkotik axınını dayandırmaq üçün lazımdır” – deyə o bildirib.
Qeyd edək ki, Tramp bundan öncə də Latın Amerikası ölkələrini təhqir edib. O, bu ölkələri “çirkli” adlandıraraq, onlardan ABŞ-a edilən miqrant axınının dayandırılmasını istəyib.