Tramp Klintonun məktublarının təcili dərc olunmasını istəyir

Dövlət Departamentinin sərəncamında 40 min səhifəyə yaxın sənəd var
 
ABŞ prezidenti Donald Tramp Dövlət Departamentini keçmiş dövlət katibi Hillari Klintonun idarənin sərəncamında olan məktublarının dərc olunması prosesini sürətləndirməyə çağırıb.
Bu barədə öz mənbələrinə istinadən CNN telekanalı məlumat yayıb.
ABŞ lideri öz istəyini Klintonun yazışmaları ilə bağlı işin araşdırılmasının şəffaflığını təmin etmək istəyi ilə əsaslandırır.
Teleşirkətin məlumatına görə, hazırda Dövlət Departamentinin sərəncamında 40 min səhifəyə yaxın sənəd var.
Hillari Klinton 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olaraq şəxsi elektron ünvanı vasitəsi ilə məxfi xidməti yazışmalar aparıb.
Ehtimal olunur ki, bu ona öz məktublarını dövlət yoxlamalarından gizlətməyə imkan verib ki, bu da dövlət qulluqçularına qadağan olunur.