​TRAMP: "Kimin danışığı xoşuma gəlməsə, iclası tərk edəcəm"

Baxış sayı:
418

Yaponiyanın Baş naziri Şinzo Abeni Floridada qəbul edən ABŞ lideri Donald Tramp "Palm Beach"da verdiyi açıqlamada bütün dünyanın maraqla gözlədiyi və gələn ay baş tutacaq tarixi görüş öncəsi Şimali Koreyaya kəskin mesaj göndərib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Tramp dünən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Mike Pompeonun Şimali Koreya lideri Kim Çen İn ilə gizlicə görüşdüyü və görüşün problemsiz keçdiyi barədə öz Tvitter səhifəsində paylaşım edib.
Floridadakı çıxışı zamanı isə Pompeonun Kimlə görüşünü şərh edərkən belə deyib:
"Görüşün məhsuldar keçəcəyini düşünməsəydim, oraya getməzdim. Mən daha əvvəl də görüş haqqında fikirlərimi paylaşan zaman bildirmişdim ki, görüş uğursuz istiqamətdə davam edərsə, hörmətsizlik etmədən iclası tərk edəcəm".
Donald Tramp onu da əlavə edib ki Pyongyang nüvə silahlardan imtina edənə qədər Şimali Koreya üzərindəki "maksimum təzyiq" davam edəcək.
Bundan başqa, görüş zamanı Tramp Şimali Koryea lideri ilə Şimali Koreyada məhbus olaraq saxlanılan üç Amerika vətəndaşının azadlığa buraxılması məsələsini də gündəmə gətirdiyini deyərək, məsələnin qısa zamanda həll ediləcəyinə dair razılıq əldə etdiyini də vurğulayıb.
O, Trampın tarixi görüş üçün beş ayrı məkan arasında seçim edəcəyini də diqqətə çatdırıb.
Aprel ayının 27-də keçiriləcək digər bir tarixi görüş isə nəzəri olaraq müharibə vəziyyətində olan düşmən qardaşlar - Şimali və Cənubi Koreya liderləri arasında olacaq.