​Tramp: Kim Çenə sarsılmaz inancına görə minnətdaram

Baxış sayı:
6124

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnə sarsılmaz inancına görə təşəkkür edib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Tramp öz Tvitter səhifəsində paylaşıb.
“Kim Çen İn “Prezident Trampa sarsılmaz inancını” bəyan edib. Sağ olun, sədr Kim. Biz bunu birgə edəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya prezidentinin xüsusi nümayəndəsi Çon İy Yonla görüşü zamanı ABŞ Prezidenti Donald Trampa inandığını deyib. O, məhz Trampın dönəmində iki ölkə arasında düşmənçilik münasibətlərinin ortadan qalxacağına əminliyini bildirib.